Orqan və toxumalarının transplantasiyası ilə əlaqəli Şura yaradılıb - ƏMR

Orqan və toxumalarının transplantasiyası ilə əlaqəli Şura yaradılıb - ƏMR
17:19 24 Dekabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

 

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılıb.

 

 

Lent.az-ın  məlumatına görə, əmrə əsasən Şuranın tərkibi təsdiq edilib.

 

Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb.

 

Əmrdə qeyd edilib ki, Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR