Bakı. 28 dekabr. REPORT.AZ/ Serbiya adi pasportlara malik Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlamaq qərarına gəlib.
"Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, bu qərar dünən Belqradda Serbiya xarici işlər naziri İvitsa Daçiç, daxili işlər naziri Neboyşa Stefanoviç və ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiçin iştirakıyla keçirilən görüşdə qəbul edilib.
Viza rejiminin ləğvi prosesi eyni zamanda Gürcüstan və Ermənistan vətəndaşları üçün də başlanılacaq.
Görüşdə bu gün serblərin vizasız 64 ölkəyə səfər edə bildikləri qeyd edilib.