"Daylimail" agentliyi məşhur simaların bu ilki hərəkətlərinə əsasən, onlara ad verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu ilin qeyri-dəqiq adamları şahzadə Vilyams və onun həyat yoldaşı Keyt Midlton seçilib. Bu ad onlara Kanadada təşkil olunan mərasimlərdən birinə gecikdikləri üçün verilib.
Cari ilin oktyabrında bir-birilərinin əlini sıxmayan Donald Tramp və Hillari Klinton isə bu hərəkətlərinə görə, ilin ən kobud adamları adlandırılıblar.
Müğənni Britni Spirsi agentlik pis vərdişli biri kimi təqdim edib. Buna səbəb onun 2000-ci ildən bu günə kimi saqqız çeynəyərkən ağzını açıq saxlamasıdır.
Milli.Az

