UMB-nin bununla bağlı yaydığl açıqlamada bildirilir ki, qəbul olunmuş qərara əsasən, fiziki şəxslərin müəssisələrlə gündəlik nağd hesablaşma həcmi və öz aralarında notarial qaydada təsdiq olunmuş alqı-satqı əqdinə uyğun olaraq nağd hesablaşma həcmi 50 min qrivnadan artıq ola bilməz. Qurumun bununıa nağd pul kütləsinin bank sisteminə sabit daxil olmasını və iqtisadiyyatın qeyri-nağd hesablaşmalar sektorunun inkişafını təmin etmək niyyətindədir.
UMB-də hesab edirlər ki, bu halda qeyri-nağd hesablaşmalar hər hansı məhdudiyyət olmadan həyata keçiriləcək və hər bir bank müştərinin tələbinə uyğun olaraq qeyri-nağd köçürmələri həyata keçirməyə məcbur olacaq.