Aktrisa Nebahat Çehre həmkarı Hülya Avşara jest edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 72 yaşlı Çehre ona gələn rol təklifini rədd edərək Hülyanı bu rola uyğun görüb.

53 yaşlı H.Avşar isə gələn təklıifi dərhal qəbul edib. Ceyn Austinin "Eşq və qürur" romanı əsasında çəkiləcək serialda baş rolu qəbul etməyən Nebahat "Ekranlar üçün hazır deyiləm. Bir az daha dincəlməliyəm" deyib.

Qeyd edək ki, H.Avşar bu rolun məhz onun üçün yazıldığını vurğulamışdı. Lakin onun ikinci variant olmasının üzə çıxması mediada geniş müzakirə açıb.

Milli.Az