"Eşq və Qürur" serialında rol alacağı deyilən aktrisa Hülya Avşar bu il yeni şou proqrama aparıcılıq edəcək.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərin suallarını cavablandıran aktrisa "Verilişinizə Tarkanı da dəvət edərsinizmi?" sualına "Niyə də, olmasın" cavabını verib.
Qeyd edək ki, məşhurlar uzun zamandır küsülüdürlər. Hülya Tarkan haqda "Bir metrlik adam... Mən niyə ona hörmət etməliyəm ki? Göbək atdığı üçün?" demişdi.