Şotlandiya Milli Parlamentinin lideri xanım Nikola
Sturgeon jurnalistlərə müsahibəsində deyib ki, əgər “Brexit”
prosesi istənilən nəticəni verməsə Şotlandiya Böyük Britaniyadan
ayrılmaq üçün 2-ci referenduma gedəcək.
Onun sözlərinə görə, hələ indiyə qədər Britaniya Baş nazirinin
“Brexit” haqqında dəqiq planı yoxdur: “Bu bizi çox narahat edir.
Şotlandiya referendumda Avropa İttifaqında (Aİ) qalmaq lehinə səs
verib və şotlandlar Aİ-dən ayrılmağa narazıdır. Ümidlərimiz, Aİ-dən
ayrılsaq belə ən azından ticarət imkanlarından məhrum olmamaqdır.
Başqa cür olsa Şotlandiya daxil bütün Birləşmiş Krallıq firmaları
zərər görəcəkdir”.