Azəri qızı Günelin (Günel Zeynalova) qardaşı, müğənni
Tunar Rəhmanoğlu ailə həyatı qurur.
Publika.az xəbər verir ki, məlumata görə, ailəsi
sənətçi üçün bir neçə həftə bundan əvvəl elçi gedib.
Sənətçi bir ildir ki, sevgili olduğu şəxslə münasibətlərini
rəsmilləşdirmək niyyətindədir. Toyun mart ayında baş tutacağı
bildirilib.
Tunarın ailə quracağı xanım isə özəl məktəblərin birində ibtidai
sinif müəlliməsidir.
Qeyd edək ki, T.Rəhmanoğlu bir neçə il bundan əvvəl aparıcı Şəhla
Vakkasla (Çiçək) nişanlı olub və ayrılıb. (Qafqazinfo)