Əməkdar artist Elza Seyidcahan toya hazırlaşır.

Sənətçi bu dəfə pişiyini ərə verəcək. O bu haqda "ATV maqazin onlarla" verilişində danışıb:

"Hələ ki, ailə qurmayıb. O məni narahat edir. Bilsəm ki, evlənəcək ona toy edərəm. Müğənnilərimizin bütün heyvanlarını yığaram ora. Qonaqlar da hazırdı: müğənni Ceyla, pişik Günel, əjdaha Nadir, Səməd Səmədov. Mən onunla birgə mahnıları yazıram, bəstəkar pişikdir".

Sən demə, sənətçi bir müddət əvvəl seçim qarşısında qalıb:

"Bizə deyən oldu ki, evdə körpə var. Pişiyi uzaqlaşdırmaq lazımdır. Qızım ağladı. Bu heyvan 9 ildir bizimlədir, onu qovsaq, Allah cəzalandırar bizi". (Big.az)

Elza pişiyini evləndirmək istəyir - FOTOLAR
Elza pişiyini evləndirmək istəyir - FOTOLAR
Elza pişiyini evləndirmək istəyir - FOTOLAR
Elza pişiyini evləndirmək istəyir - FOTOLAR