Sabah Bakının üç rayonunda içməli suyun təchizatı məhdudlaşdırılacaq

16:07 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 16:05 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının üç rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1 400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədar yanvarın 7-də gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR