“Report”un xəbərinə görə, aktyorların ilk imza günü Park Bulvar AVM-də baş tutacaq. Sabah saat 20.00-da aktyorlarla şəkil çəkdirmək və saat 20:40 seansını onlarla birlikdə izləmək mümkün olacaq.
Bundan başqa, yanvarın 15-i saat 13:00-da aktyorlar Park Cinemanın Masallı Kino Klubunda olacaqlar. 13:40 seansını aktyorlarla birlikdə izləmək üçün biletlər artıq satışa çıxarılıb.
