"Adanaspor"un baş məşqçisi Reynaldo ilə maraqlandıqlarını təsdiqləyib

"Adanaspor"un baş məşqçisi Reynaldo ilə maraqlandıqlarını təsdiqləyib
09:37 13 Yanvar 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyənin "Adanaspor" klubu "Qarabağ"da çıxış edən Reynaldonu heyətinə cəlb etmək istəyir. "Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Levent Şahin açıqlama verib.
O, bildirib ki, hücum xəttini gücləndirmək istəyilə braziliyalı forvardı heyətə cəlb etmək niyyətindədirlər: "Mütləq hücumçu alacağıq. Reynaldo transfer siyahımızda olan futbolçulardan biridir. Rəhbərlik transferi bitirmək istəyir. Hansısa problem çıxsa, başqa forvard haqda düşünəcəyik".
Qeyd edək ki, Türkiyə mətbuatı artıq "Adanaspor"un "Qarabağ"a təklif göndərdiyini iddia edir. "Ağ-narıncılar" yaxın günlərdə məsələni həll etmək niyyətindədirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/adanaspor-un-bas-mesqcisi-reynaldo-ile-maraqlandiqlarini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR