x
Loading...
.

Bıçaqlı hücuma məruz qaldığı deyilən azərbaycanlı müğənnidən açıqlama

Bıçaqlı hücuma məruz qaldığı deyilən azərbaycanlı müğənnidən  açıqlama
12:11 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Müğənnilər Ramal İsrafilov və İntizar Məmmədova qarşı gecə toydan çıxarkən soyğunçuluq edildiyi, pullarının əlindən alındığı xəbəri yayılıb.

İ.Məmmədov Axşam.az-a açıqlama verərək, məsələyə aydınlıq gətirib. O, belə bir hadisə ilə qarşılaşmadığını deyib:

“Bayaqdan dostlarım, prodüserim bunla bağlı mənə yazır, yığır. Nədən söhbət getdiyini bilmirəm. Mənim başıma belə bir hadisə gəlməyib. Hazırda bunu araşdırırıq. Görək nə məsələdir. Özüm belə bundan xəbərsizəm”.

Qeyd edək ki, məsələ ilə bağlı report.az saytı xəbər yaymışdı. Məlumatda bildirilib ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.

Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub.

Daha bir nəfər isə ölkədən qaçıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR