İqtisadiyyat Nazirliyindən benzinin bahalaşması ilə bağlı AÇIQLAMA

İqtisadiyyat Nazirliyindən benzinin bahalaşması ilə bağlı AÇIQLAMA
12:53 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir.

Qiymət artımnın Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi "AI-92" markalı benzinə hələ ki, şamil ediləcəyi istisna edilmir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a deyib ki, bu məsələ gündəmdə deyil: “Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

"AI-92" markalı benzinin qiymətinin dəyişdirilməsilə bağlı isə Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, hazırda "Aİ-92" markalı benzinin qiyməti 0.70 AZN-dir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/183577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR