Finlandiyalı alimlər görmə qabiliyyəti zəif olan insanlar üçün radar hazırlayıblar

Finlandiyalı alimlər görmə qabiliyyəti zəif olan insanlar üçün radar hazırlayıblar
15:35 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Finlandiyanın “VTT” elmi tədqiqat mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış daşınan radar tezliklə görmə qabiliyyəti zəif olan insanlar üçün köməkçi rolunu yerinə yetirəcək. Döş nahiyəsində yerləşdirilən “Guidesense” adlı radar vibrasiya və səsli əlaqənin köməyi ilə istifadəçini potensial maneələr haqda  xəbərdar edir.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, elektromaqnit impulsları buraxan “Guidesense” qurğusu adi radar kimi işləyir: impulslar obyektlər tərəfindən əks etdirildikdən sonra qurğunun qəbuledicisinə qayıdır. Hətta müasir sürücüsüz avtomobillərdə belə sistemlərdən istifadə olunur. İstehsalçıların məlumatına əsasən, “Guidesense” qurğusu nazik budaqlar və xırda daşlar istisna olmaqla istifadəçinin ətrafında yerləşən əksər maneələri aşkar etmək qabiliyyətinə malikdir.

Bu radarın əsas özəlliklərindən biri xüsusi radio dalğalardan istifadə etməsidir ki, bu da qurğunu geyimin altında daşımağa imkan verir. Aşkarlanan siqnallar heç bir problem olmadan geyimin içərisindən keçəcək. Bundan başqa, duman və ya yağış kimi hava şəraiti “Guidesense” cihazının iş qabiliyyətinə təsir etməyəcək.

İndi qurğu yekun hazırlama və yoxlama mərhələsini keçir, ancaq ilkin sınaqlar “Guidesense” qurğusunun yüksək səmərəliliyini sübut edib.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45436-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR