"Sədərəy"ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var - FOTO

"Sədərəy"ə gedən yolda ZƏNCİRVARİ QƏZA: yaralılar var - FOTO
11:05 14 Yanvar 2017
1112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan "Sədərək" ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə-beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR