Hacıqabulda avtomobil aşıb, 1 nəfər ölüb, 2-si yaralanıb

Hacıqabulda avtomobil aşıb, 1 nəfər ölüb, 2-si yaralanıb
18:12 14 Yanvar 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul. 14 yanvar. REPORT.AZ/ Hacıqabulda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Padar çölü deyilən ərazisində baş verib.
Bakı istiqamətində hərəkətdə olan “Pajero” markalı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-avtomobil-asib-1-nefer-olub-2-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR