“Report” “Sputnik.kg”-yə istinadən xəbər verir ki, bunu "Türk Hava Yolları" şirkətindən bildiriblər.
İnformasiyaya əsasən, bu şirkət 2004-cü ildə Türkiyədə yaradılıb və “Boeing 747-400BDSF”, “Boeing 747-400F” və “Boeing 747-400ERF” yük təyyarələri vasitəsi ilə yük daşıyır. Məlumata görə, “Manas” hava limanı yaxınlığında qəzaya uğrayan “Boeing-747” təyyaris də bu şirkətə aiddir. ACT Havayollarının “MyCargo Airlines" şirkəti kimi fəaliyyət göstərir.
Qeyd edək ki, təyyarınin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.