Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri əməkdar artist Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
Tamaşa şair-dramaturq Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanır.
Əsərin quruluşçu rejissoru Gülnar Hacıyevadır.