Türkiyənin Enbe Orkestri təyyarə qəzasında 64 üzvünü
itirən Qızıl Ordu Orkestrinin şərəfinə İstanbul və Moskvada konsert
verəcək.
Publika.az xəbər verir ki, bu konsertlər Türkiyə Xarici
İşlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Hazırda konsertlərə hazırlıq işləri davam etdirilir. Konsertdə
Qızıl Ordu Orkestrinin dəfələrlə səsləndirdiyi “Kalinka”, “Katyuşa”
kimi mahnılarla yanaşı, repertuara türk mahnıları da salınıb.
Məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuoğlu
repertuara Tarkanın məşhur “Şıkıdım” mahnısının salınmasını da
istəyib.
Asif