Bill Geyts Apple məhsullarından istifadə etmir

Bill Geyts Apple məhsullarından istifadə etmir
20:17 14 Mart 2015
Ölkə mətbuatı
A- A+

Apple Watch smart saatını satın almaq Microsoft-un qurucusu Bill Qeytsin planına daxil deyil. Bu haqda TMZ nəşrinə qısa müsahibəsində milyarderin xanımı Melinda Qeyts deyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, TMZ nəşrinin müşahidəçisi Apple Watch smart saatlarının nümayişindən sonra Melinda Qeytslə görüşüb. Onun və həyat yoldaşının Apple-ın ağıllı saatını satın almaqla bağlı sualına qısa cavab verib: Xeyr.
 
"Xeyr, mən almaq istəmirəm, – Melinda Qeyts deyib. - Biz yalnız Microsoft-un məhsullarından istifadə edirik".
 
Qeyts və Cobs – fərdi kompüter (FK) sənayesinin pionerləridir, ancaq Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/329398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR