Rusiya, İran və Türkiyə Suriyada atəşkəsin monitorinqi mexanizmi üzrə razılığa gəlib
Paylaş
64 baxış·1 dəq oxu
Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiya, İran və Türkiyə Astanada keçirilən danışıqlarda Suriyada atəşkəsin monitorinqi mexanizmi üzrə razılıq əldə edib. "Report" xəbər verir ki, bu barədə TASS-a İran nümayəndə heyətindəki mənbə məlumat verib. Mənbə bildirib ki, tərəflər kommünike barədə müzakirələri davam etdirir.