Müğənni-bəstəkar Ramal İsrafilov toydan çıxarkən soyğunçuların hücumuna mərzu qalma xəbərindən danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, belə bir hadisə olmayıb.

O, bu şayiəni onu sevməyən insanların yaydığını deyib:

“Nə qədər insan zəng vurur ki, nə olub? Anam, atam, qardaşım, Moskvadakı dostlarım bir-birinə dəydi. Mənim idarə etdiyim toyda kənar şəxs bir mahnı da dəyişə bilməz. Getdiyim toyu gözəl bilirəm. İlhamə xanımın sözü olmasın, mən bilirəm o xəbəri yayanlar kimlərdir. Planlı şəkildə iş quran yazıqdır, sabah özü də o günə düşəcək. Elə-belə adam deyiləm, getdiyim hər yerə nəzarət edilir. Yanımda cangüdənim olmasa da, kənarda məni müşayiət edən adamlar dayanır. Tükümdən bir tük əskik ola bilməz. Əgər olsa qoruyanlarım var. Hamının ailəsi, nəsli var. Mənə dəymək olar? Əbəttə yox, aləmi dağıdaram".

Qeyd edək ki, polis idarəsindən verilən məlumatda Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb etdikləri bildirilmişdi. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.

Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.