Rusiyanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Kadakin bu gün səhər saatlarında vəfat edib.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, 68 yaşlı səfir bir neçə gün əvvəl kəskin ürəktutması diaqnozu ilə hospitala yerləşdirilmişdi.
Əvvəllər Rusiyanın Nepal və İsveçdəki diplomatik nümayəndələrinə başçılıq etmiş A.Kadakin 2009-cu ilin noyabrından bəri Hindistanda səfir idi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində