Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan şirkətləri Serbiyada olan müəssisələrin özəlləşdirilməsində maraqlıdır. “Report”un bu ölkənin Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənov deyib.
Səfirin sözlərinə görə, Azərbaycan şirkətləri daha çox neft-kimya müəssisələrinin özəlləşdirilməsi ilə maraqlanır.
Qeyd edək ki, ölkənin ən böyük neft-kimya müəssisəsi olan “HIP Petrohemija”nın 54,89%-lik səhmi dövlətə məxsusdur. Rusiyanın "Qazprom" şirkətinin 56,15% paya sahib olduğu Serbiyanın NİS neft-qaz şirkəti “HIP Petrohemija”nın səhmlərinin 12,72%-nə nəzarət edir.