Aktrisa Hülya Avşar dünən yaxınları ilə birgə məkanlardan birində yemək yeyib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çıxışda jurnalistlərlə söhbət edən Avşar maraqlı açıqlamalar verib. Jurnalistlər ona Kıvanç Tatlıtuğun rol aldığı "Cesur ve Güzel" serialının mövzusuna uyğun "Sevdiyiniz adam ailənizin düşməni olsa, nə edərdiniz?" sualını veriblər. Hülya cavabında: "Mövzu Kıvançdırsa, işlər dəyişə bilər. Ailə-filan yoluna düşər", - deyib.
Müxbirlər Hülyanın tərifi qarşısında zarafatla: "Başak Dizer (Kıvançın xanımı - red.) bunları eşitməsin", - deyiblər. H.Avşar isə: "O bilmir ki, əri nə qədər yaraşıqlıdır? Kıvanç kimi ərim olsa, mən də qısqanardım", - deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində