Aşıq Samirə Əliyevanın qızının ad günüdür.
Axşam.az-ın məlumatına görə, ifaçı 13 yaşı tamam olan övladını sosial şəbəkədə təbrik edib.
Təəssüratlarını bölüşən Samirə bunları yazıb:
“Bu gün ilk övladım dünyaya gələn gündür. Həmd olsun bu günlərə ki, sağlam, ağıllı, savadlı qız övladı böyüdürəm. Ən böyük arzum səni hər zaman sağlam, xoşbəxt görməkdir. Mən görən əziyyətləri görməyəsən. Mən görmədiyim xoşbəxtlikləri görəsən, qızım. Həyatıma gəlişin mübarək”.