Fevralın 28-də Heydər Əliyev Sarayında Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və s. Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət "Ötən illərin nəğmələri" adlı konsert proqramı keçiriləcək.
Milli.Az bildirir ki, konsertdə xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva, müğənnilər Ehtiram Hüseynov, Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryam Şabanova və "Sevil" vokal qrupu iştirak edəcəklər.
Biletlərin qiyməti 20-80 manat təşkil edir. Biletləri iticket.az dan online, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində