Etibarnamə ilə maşın aldı - Maşın zorla əlindən alınıb, başqasına satıldı

Etibarnamə ilə maşın aldı - Maşın zorla əlindən alınıb, başqasına satıldı
20:27 2 Fevral 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayon sakini 3 il əvvəl kreditlə avtomobil alıb. Ödənişi tam başa çatdırdıqdan sonra, üst-üstə 1500 manata yaxın cəriməsinin olması ilə bağlı özünü polis kimi təqdim edən şəxs ona zəng edib. Həmin zənglə Ramin Nəsibov dələduzların tələsinə düşüb. Maşının sənədləri zorla əlindən alınıb, sonradan isə Sumqayıtda bir hərbçiyə satılıb.

Avtomobil aldı, sonradan özünün törətdiyi xətalara görə yığılan cərimələr ucbatından dələduzların qurbanı oldu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bərdə rayon sakini Ramin Nəsibovun 2014-cü ildə aldığı avtomobil sonradan başqasına satılıb. Hər şey 1500 manata yaxın cərimənin yığılmasından sonra başlayıb.

Özünü müvafiq olaraq polis və vəkil kimi təqdim edən Rəşad və Seymur adlı şəxslər Ramin Nəsibovla cərimələrlə bağlı söhbət etmək üçün əvvəlcə Bərdədə görüşüblər. Görüş zamanı ona deyilib ki, avtomobilin əsl sahibi etibarnaməni ləğv etdirib. Məsələni araşdırmaq üçün avtomobilin yiyəsi ilə Bakıda görüşəcəklərini vəd veriblər. Ramin Nəsibov paytaxta gələndə başqa mənzərə ilə qarşılaşıb.

Maşınını tapa bilməyən Ramin Nəsibov hüquq-mühafizə orqanlarına şikayət edib. Araşdırmalar zamanı məlum olub ki, avtomobil sonradan Sumqayıt şəhərində yaşayan bir hərbçiyə satılıb.

İşin istintaqını aparan müstəntiq Simran Əsədullayev "Xəzər Xəbər"ə açıqlamasında hazırda məsələnin araşdırıldığını deyib.

Dırnaqarası polis Rəşad telefonlara cavab verməsə də, özünü vəkil kimi təqdim edən Seymur danışa bilməyəcəyini bildirdi.

Sonradan Seymur telefonlarımıza cavab vermədi. Ramin Nəsibov iddia edir ki, onu aldadanların, eləcə də avtomobilin satıldığı Sumqayıt sakininin şəxsiyyəti məlum olsa da, hələ də avtomobilini geri ala bilmir. Məsələnin təfərrüatları araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR