Çətinliklərdə Allahı xatırlayarlar, ancaq...

Çətinliklərdə Allahı xatırlayarlar, ancaq...
22:12 2 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi "o mənə bacarığıma görə verilib" deyər. (Xeyr!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər". ("Zumər" 49).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran bu mövzuya dəfələrlə işarə etmişdir ki, insan çətinlik və bəla ilə üzləşən zaman Allaha üz çevirər və Ondan yardım istəyər. Ancaq o zaman ki, təhlükə arxada qalar, Allahı unudar. Bu, belə insanların naşükür olmasına görədir. (Həvzəh)
Mübarək ayədən çıxartdığımız nəticələr:
1. İnsan ziyan görə bilən bir varlıqdır.
2. İnsan o qədər acizdir ki, təhlükə gələn kimi fəryad çəkər.
3. Acı hadisələr insanlar üçün imtahan vasitələridir. Ancaq nemətlər - Allahın lütfüdür.
4. Acı hadisələrin təzyiqi insanın nə qədər gücsüz olduğunu dərk etməsinə yardım edər.
5. Xalis dua və ibadət İlahi rəhməti cəlb edər.
6. Rifah və rahatlıq insanı qəflətə salar.
7. İnsan naşükür bəndədir.
8. Ayənin tənqid etdiyi əməl - insanın Allahın lütfünü görməməzliyə vurmasıdır.
9. İnsanların bir çoxu bilmirlər ki, acı hadisələr imtahan vasitələridir ki, şükür edəni naşükürdən ayırsın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR