Yeni Konstitusiyasının layihəsi Ərdoğana verildi

Yeni Konstitusiyasının layihəsi Ərdoğana verildi
22:22 2 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 488 deputatın iştirakı ilə Türkiyə Böyük Millət Məclisində (parlament) keçirilən səsvermədə, 18 maddədən ibarət qanun layihəsinin qəbuluna 339 deputat lehinə, 142 isə əlehinə səs verib.

Qanun parlamenti vitse-spikeri Əhmət Aydın tərəfindən imzalanıb.

Türkiyə prezidenti 15 gün ərzində qanun təsdiq və ya rədd etməlidir. Qanun prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq. Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR