Sən, tez ötən dünya üçün xəlq olunmamısan...

Sən, tez ötən dünya üçün xəlq olunmamısan...
22:47 2 Fevral 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam dinində insanı pislik və çirkinliklərdən qoruyan amillərdən biri də axirətə meyil etməsidir.

İnsan fitri olaraq cavidan yaşamaq istəyir və bu istək onun zatından qaynaqlanır. Onun bu istəyinə cavab verəcək tək yer - axirət və behiştdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əmirəl-möminin (ə) buyurur: "Həqiqətən sən axirətin cavidan həyatı üçün xəlq olmusan, tez ötən dünya üçün deyil".
Əgər insan bu həqiqəti dərk etsə və ona inansa, heç bir zaman ölümdən və yox olmaqdan qorxmaz və özünü zillətə tabe etməz. Hər an dinini müdafiə etmək üçün mübarizə aparar və bu yolda qanından və canından keçməyə hazır olar.
Bütün övliyalar, o cümlədən Əmirəl-möminin (ə) Allaha etdiyi dualarında Ondan şəhadət istəmişdir. Həzrət (ə) buyururdu: "Allahım, bizlərə Sənin yolunda şəhid olmağı əta et və bizi fitnələrdən qoru". (Erfan)
Əgər hər bir millətdə şəhadət sevgisi meydana gələrsə, o zaman zillət və xarlıq o millətin ətəyindən yapışmaz. Allahın aşiqinin şəhadət istəməsi ölüm qorxusunu dəf edər və Allahla can ticarəti etməyə yönəldər. İmam Əli (ə) buyurur: "Əgər Allahın hər insan üçün təyin etdiyi təbii əcəl olmasaydı, onların ruhları bir göz qırpımı qədər behişt savabının şövqündən və cəhənnəm əzabının qorxusundan bədənlərində qərar tuta bilməzdilər".
İmam Əli (ə) şəhadətə belə tərif verir: "Həqiqətən, Allah yolunda öldürülmək - ən dəyərli ölümdür. Əbutalibin (ə) oğlunun canı əlində olan Allaha and olsun ki, min qılınc zərbəsi mənim üçün Allaha itaətsizliklə olan yataqda ölümdən daha asandır. Allaha and olsun ki, əgər düşmənlə üzləşən zaman şəhadətə ümid olmasaydı, öz miniyimə minər və sizdən uzaqlaşardım".
İmam Əli (ə) susuz bir insan kimi şəhadətə həris idi. Hər an şəhid olmağın intizarını çəkər və onun üçün günlərini sayardı.
O zaman ki, İmamı (ə) mehrabda zərbətləyirlər, İmam (ə) buyurur: "Kəbənin Allahına and olsun ki, xilas oldum".
Biz də Allaha etdiyimiz dualarımızda şəhadət istəyənlərdən olaq və əgər ona layiq olarıqsa, deməli səadət əhlindənik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR