Qış süfrəsinin bəzəyi: ətli balqabaq

Qış süfrəsinin bəzəyi: ətli balqabaq
06:53 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Qış mövsümündə balqabaq yemək lazımdır. Mövsümün bu faydalı tərəvəzindən dadlı xörək hazırlamaq üçün Publika.az-ın reseptini sınaqdan keçirin:

Tərkibi:

1 baş soğan

4 xörək qaşığı zeytun yağı

500 qram quzu əti

Duz

Qara istiot

4.5 stəkan qaynar su

2 ədəd pomidor

700 qram balqabaq

2 xörək qaşığı limon şirəsi

Cəfəri

Hazırlanması:

Soğanı xırda doğrayıb zeytun yağında bir az qızarana kimi qovurun. Xırda doğranmış quzu ətini, duzu, qara istiotu və suyu soğanın üzərinə əlavə edin. Ət yumşalana kimi, təxminən 40 - 45 dəqiqə bişirin. Daha sonra xırda doğranmış pomidoru, balqabağı və limon şirəsini də əlavə edib əlavə 30 dəqiqə də bişirin. Süfrəyə verərkən üzərini cəfəri ilə bəzəyin.

Qeyd edək ki, bu xörək 4 nəfər üçün nəzərdə tutulub.

Nuş olsun!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/metbex/123366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR