Müğənni Harun Kolçak dünən axşam İstanbulun konsert salonlarından birində səhnəyə çıxıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, xərçənglə uzun zaman mübarizə aparan müğənni Hülya Avşarı vəfasızlıqda günahlandırıb. Çətin vaxtlarında müğənnilər Sezen Aksu və İşın Karacanın həmişə yanında olduğunu deyən müğənni H.Avşar barəsində belə deyib:
"Mən onu görmədim. Xəstə yatağımda nə məni ziyarət etdi, nə də zəng vurdu".
O, həyatda etdiyi səhvlərindən də danışıb:
"Sevgilimə qarşı haqsızlıq etdim. O da məni döydü. Yumruq atdı, haqqı da var idi".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində