Bakıda futbolçu qanunu pozdu - üstəlik yol polisini təhqir etdi

Bakıda futbolçu qanunu pozdu -   üstəlik yol polisini təhqir etdi
12:37 3 Fevral 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin keçmiş oyunçusu, hazırda “Səbail”də forma geyinən 1991-ci il təvəllüdlü Eltun Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozub. 


Fanat.Az xəbər verir ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Eltun Yaqublu özünü “Neftçi” futbol klubunun oyunçusu kimi tədim edib. 


Hadisənın şahidi olan modern.az saytının əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib. 


“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov açıqlamasında qış mövsümündən etibarən Eltun Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan “Səbail”ə transfer olduğunu açıqlayıb. 


Eltun Yaqublu modern.az-a açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib: “Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm. Polislə mənim aramda hər hansı insident yaşanmayıb”. 


eltun yaqublu ile ilgili görsel sonucu


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bakda-futbolcu-qanunu-pozdu-t56024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR