Dubayda tikinti kranı avtomobillərin üstünə düşüb, xəsarət alan var

Dubayda tikinti kranı avtomobillərin üstünə düşüb, xəsarət alan var
17:27 3 Fevral 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Dubay. 3 fevral. REPORT.AZ/ Dubayda tikinti kranının aşması nəticəsində 1 nəfər xəsarət alıb, 3 avtomobil yanıb.
"Report" xəbər verir ki, hadisə yerinə dərhal mülki müdafiə və polis nümayəndələri gəliblər, nəqliyyatın hərəkəti başqa marşrutlara istiqamətləndirilib.
Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. İnsident Əbu-Dabi istiqamətində olan Şeyx Zayed şossesində baş verib.
Qeyd edək ki, bu gün Dubayda fırtınalı hava olacağı bildirilib, küləyin sürəti 60 km/saat təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dubayda-tikinti-krani-avtomobillerin-ustune-dusub-xesaret-alan-var-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR