Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı

Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı
15:57 4 Fevral 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.

Komitə iclasında "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.

Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda - yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR