Tramp miqrasiya fərmanının icrasını dayandıran məhkəmə qərarına etiraz edəcək
Paylaş
95 baxış·1 dəq oxu
Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağanın qoyulmasına dair fərmanın icrasını federal səviyyədə dayandıran hakim Ceyms Robartın qərarına etiraz edəcəyini bildirib. “Report” xəbər verir ki, bu barədə o öz “Twitter” mikrobloqunda yazıb. “Bu hakim adlandırılan şəxsin mahiyyət etibarı ilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq”, - deyə o yazıb.