Qan dövranını sürətləndirən qidalar

Qan dövranını sürətləndirən qidalar
23:17 4 Fevral 2017
199 Ölkə
Ölkə mətbuatı
A- A+

İspanaq: İspanaqda bol miqdarda olan xlorofil, qanı və qaraciyəri təmizləyir, çirkli qanın və toksinlərin atılmasına köməkçi olur. Eyni zamanda zəngin bir C vitamini qaynağı olan ispanaq qan dövranı üçün möhtəşəm bir qidadır.

Xiyar: Antiinflamatuar təsirə sahib, C vitamini baxımından zəngin olan xiyar toksinlərin bədəndən atılmasına köməkçi olur. Ehtiva etdiyi su və lif ilə qan dövranını artırır.
 
Qırmızı bibər: Yaxşı bir C vitamini qaynağı olan qırmızı bibər, gündəlik C vitamini ehtiyacınızı qarşılayar. Milli.Az deyerler.org-a istinadən bildirir ki, antioksidant təsirə malikdir və bədənin su ehtiyacını da dəstəkləyir. Beləcə qan dövranını sürətləndirir.
Qoz: Qan dövranı üçün ən lazımlı qidalardan biri qozdur. O, daşıdığı xüsusi antioksidantlar və omeqa 3 sayəsində qan axınını sürәtlәndirir.
 
Yulaf: Bədəndəki xolesterol səviyyəsini azaldan yulaf, eyni zamanda antiinflamatuar təsirə malikdir. Qan dövranınızın sürətləndirmək üçün səhərlər bir kasa yulaf yeyin.
Sitrus meyvələri: Limon, portağal, naringi, qreypfrut. Hər biri antiinflamatuar təsirə malikdir. Bədəni təmizləyən sitrus bitkiləri, toksinlərin atılmasına köməkçi olaraq qan dövranını sürətləndirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR