Elton: "Uşaqlıq etməliydim, etməmişəm"

Elton: "Uşaqlıq etməliydim, etməmişəm"
12:22 5 Fevral 2017
71 Şou
Ölkə mətbuatı
A- A+

"10 il atasız böyümüşəm. 8 yaşımdan 15-dək uşaqlıq etməliydim, etməmişəm. Uşaqlıqdan toylardan pul qazanmışam. Həvəsim futbolçu olmaq olub, amma atdım kənara".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Lider maqazin"ə açıqlamasında deyib. 
O bildirib ki, bundan sonra hər addımını qızlarını düşünərək atacaq:

"Bu gündən sonra planla yaşayıram. Həyatda səhv edə bilərəm, amma ailəmə yox. Hər şeyi qızlarım üçün edirəm. Bu günə kimi təbii yaşamışam. Əsas odur ki, ürəyimdə paxıllıq olmayıb. Kiməsə deməmişəm ki, filankəs pisdir, toya dəvət etməyin. Məktəb keçmişəm, toylarda püxtələşmişəm. Bu gün yaşıdlarımdan fərqlənirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/514460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR