Prezident İlham Əliyev və xanımı Vaterloda Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər - FOTOLAR

Prezident İlham Əliyev və xanımı Vaterloda Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər - FOTOLAR
18:38 5 Fevral 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.





Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/186541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR