Müğənni-bəstəkar Rəhim Rəhimli bu dəfə geyimi ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi libası ilə Samir Bağırovu xatırladıb.

R.Rəhimli “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib ki, qınaqlardan qorxmur:

“Mən buna hazıram və insanlar buna öyrəşib. Geyimim əl işidir, düşünürəm ki, insanlar bunu başqa cür qəbul etməməlidirlər. Olduğun kimi görünsən, səni qəbul edib, ürəklərinə basarlar. Təqdimatdan çox şey asılıdır. Mən də düzgün daşıyır və təqdim edirəm. İnqilab etmiş və ilk atəşə tutulanlardanam. Bir vaxtlar deyilən kəlmələri udduq, amma artıq bəsdir".

R.Rəhimli barmağındakı üzüyü ona xalq artisti Aygün Kazımovanın bağışladığını söyləyib:

“Bu üzüyün dəyəri brilyantdan da bahadır".