Rusiyalı müğənni Valeriyanın 18 yaşlı oğlu Arseniy şəxsi biznesinə başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Arseniy özünə restoran açıb. Bu barədə jurnalistlərə açıqlama verən Valeriya bildirib:

“İlk dəfə bu haqda eşidəndə inanmadım. 18 yaşında şəxsi biznesin ola. Arseniy bir gün bizi restorana apardı. Soruşdu ki, necə məkandır. Dedim, yaxşıdır, rahatdır. O da restoranın şəxsi olduğunu söylədi. Şok oldum”.

Sənətçi vurğulayıb ki, övladının restoran sahibi olmasını ailədə yalnız bacısı Anya bilib.

Müğənninin 18 yaşlı oğlu şəxsi biznesə başladı - foto