Rusiyalı müğənni Valeriyanın 18 yaşlı oğlu Arseniy şəxsi biznesinə başlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Arseniy özünə restoran açıb. Bu barədə jurnalistlərə açıqlama verən Valeriya bildirib:
"İlk dəfə bu haqda eşidəndə inanmadım. 18 yaşında şəxsi biznesin ola. Arseniy bir gün bizi restorana apardı. Soruşdu ki, necə məkandır. Dedim, yaxşıdır, rahatdır. O da restoranın şəxsi olduğunu söylədi. Şok oldum".
Sənətçi vurğulayıb ki, övladının restoran sahibi olmasını ailədə yalnız bacısı Anya bilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində