Nazirliyin açıqlamasına görə, xidmətdən istifadə etmək üçün Nazirliyinin rəsmi internet səhifəsində hər hansı formada qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər.
Qeyd edək ki, ölkə üzrə kənd təsərrüfatı təyinatlı torpaqların hər kvadrat metrinə görə 2 qəpik, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metri üçün 10 qəpik torpaq vergisi veriləcək.
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metrinə görə 8 qəpik, digər şəhər və rayon mərkəzlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metri üçün 4 qəpik, rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlərdə sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metri üçün isə 2 qəpik müəyyən edilib.
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üçün müxtəlif zonalar üzrə torpaq vergisi də fərqli təyin edilib.