Saxta ətirlər xəstəliyə səbəb ola bilər (VİDEO)

Saxta ətirlər xəstəliyə səbəb ola bilər (VİDEO)
02:41 7 Yanvar 2015
645 Sosial
Ölkə mətbuatı
A- A+

Gündəlik həyatda hər birimiz ətirlərdən istifadə edirik. Amma işlətdiyimiz saxta ətirlərin tərkibində nə qədər zərərli maddələrin olduğundan əksər istifadəçilər xəbərsizdir. Çünki, bəzən ətir alan zaman saxta ətirləri orjinal ətirlərdən fərqləndirmək çətin olur. Hər bir qadın bahalı və keyfiyyətli ətirdən istifadə etmək arzusundadır. Ancaq zərif cinsin nümayəndələri ətirləri öz büdcələrinə uyğun olaraq almaq məcburiyyətində qalırlar. Qiyməti əsas götürən xanımlari isə ətirin saxta və ya orijinal olması maraqlandırmır.

Bir çox satıcı ANS əməkdaşının ətirlərin keyfiyyəti haqda verdiyi suallardan qaçmağa çalışdı. Amma ürəkli satıcılar da az deyildi. Onlar öz məhsullarının heç də brend mağazalarda satılan məhsullardan geri qalmadığını deyirlər.

“Satışda bəzi ətirlər var ki, qiyməti 2-3 manat arasında dəyişir. Hazırda butiklərdəkə150 manata satılanı ətirləri biz 20-30 manata satırıq” – deyə satıcı Cəfər İbadov bildirir.

Hər halda heçkəs öz ayranına turş deməz.

Bəzi alıcılar isə hesab edir ki, brend mağazalardakı qiymətlər şişirdilir.

Saxta ətirlər insan orqanizmində müxtəlif xəstəliklərə səbəb olur. Həkim dermotoloq Araz Kazımovun sözlərinə görə, ətirlərin tərkibində ətirləndirici maddələr var ki, bu da dəridə müxtəlif fəsadların yaranmasına gətirib çıxarır. Hətta yaranmış xəstəliklər xroniki formaya da keçə bilər.

“Keyfiyyətsizi ətirlər və kosmetik vasitələrdən istifadə etdikdə bu zaman dəridə müxtəlif xəstəliklər əmələ gələ bilər. Belə ki, daha çox dərinin iltihabı müşahidə olunur, buna isə dermatit deyilir. Hətta parfum dermatiti deyilən ayrıca bir dəri xəstəliyi də var. Dəridə qızartı, qabıqlanma, eyni zamanda köpükcüklərə də rast gəlinə bilər ki, buna da övrə xəstəliyi deyilir. Bu isə övrənin müxtəlif formalarına təkan verə bilər” – deyə Araz Kazımov vurğulayıb.

Belə bir deyim var, ilk növbədə hər kəs özünün həkimidir. Gözəllik naminə sağlamlıqdan keçmək isə ən azından məntiqə uyğun deyil. Qiymətə aldanıb daha sonra peşman olmamaq üçün əvvəlcədən düşünüb addım atmaq həyatınızı xilas edər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR