Nigeriyada daha bir şəhər “Boko Haram” silahlılarından azad edilib

Nigeriyada daha bir şəhər “Boko Haram” silahlılarından azad edilib
00:52 17 Mart 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

[ 17 Mart 2015 00:46 ]

Bakı-APA. Nigeriya hökumət qoşunları Borno ştatının sayca ikinci ən iri şəhəri olan Bamanı “Boko Haram” qruplaşmasınınm silahlılarından azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Bama 2014-cü ilin sentyabrından terrorçuların nəzarəti altında olub.

 

Bundan əvvəl, Nigeriyanın şimal-şərqindəki Yobe ştatının “Boko Haram” silahlılarından təmizlənməsi barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının silahlıları internetdə paylaşdıqları video çarxda İŞİD-ə sadiq qalacaqlarına and içiblər. Xatırladaq ki, 2009-cu ildən etibarən “Boko Haram” terrorçu təşkilatı Nigeriyada 13 min insanın ölümünə səbəb olub. 1,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR