Bakıda 8 otaqlı ev və "Hyundai" markalı maşın yandı

Bakıda 8 otaqlı ev və "Hyundai" markalı maşın yandı
06:09 7 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.  Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa, daha bir yanğın paytaxtın  Xətai rayonunda "Hyundai" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi  və salonda qabaq oturacaqları  yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR