"Report": Neftin qiyməti bir qədər azaldıqdan sonra artacaq

"Report": Neftin qiyməti bir qədər azaldıqdan sonra artacaq
16:17 22 Fevral 2017
196 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin 65 dollar/barelə qədər yüksəlmədən öncə, 50 dollara qədər geriləyə bilər. 
"Report"un analitik qrupu xəbər verir ki, 2017-ci il ərzində "Brent" markalı neftin qiyməti 50-65 dollar/barel diapazonunda hərəkət edəcək. Lakin ilkin mərhələdə qiymətin 50 dollar/barelə qədər enməsi mümkündür. Buna səbəb isə ABŞ-da neft ehtiyatlarının kəskin artması və OPEC anlaşmasının vaxtının uzadılması ilə bağlı tərəddüdlərin davam etməsi ilə bağlıdır. 
Bununla yanaşı, OPEC üzvü olmayan ölkələrdə neft hasilatının artımı davam edir. Qeyd edək ki, Liviya və İraqa neft hasilatını azaltmaq qərarı şamil edilmir. Belə ki, bu ölkələrdə siyasi səbəblərdən hasilatın son illərdə kəskin azaldığına görə, onlara hasilatın artırılaraq normal səviyyəyə çatdırılması üçün möhlət verilib.
"Brent" markalı neftin qiymətinin hərəkət trayektoriyasına baxdıqda görürük ki, burada 50,49-51,51 dollar/barel səviyyəsində boşluq (gap) var və böyük ehtimalla, bu boşluğun qapadılmasından sonra qiymətlərin artacağı gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/report-neftin-qiymeti-bir-qeder-azaldiqdan-sonra-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı