"Bütün maliyyə institutları "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq olduqlarını bir daha təsdiq ediblər" - FOTO +

"Bütün maliyyə institutları "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq olduqlarını bir daha təsdiq ediblər" - FOTO +
17:47 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən bütün maliyyə institutları bu layihəyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iclasın yekunu üzrə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/520602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı